458
13:33
09 Fevral 2020

Çexiyalı deputat: “Yeniliklər məni təəccübləndirdi"


“Azərbaycanda seçki prosesində tətbiq olunub yeniliklər məni təəccübləndirdi".

APA-nın məlumatına görə, bunu Çexiya parlamentinin üzvü Yaroslav Qulik deyib.

Onun sözlərinə görə, artıq 15 seçki məntəqəsində olub.

“Olduğumu məntəqələrdə heç bir qayda pozuntusu müşahidə etməmişəm. Seçkidə gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə bülletenlər çap olunub, barmağa vurulan mürəkkəb seçki şəffaflığını qorumaq üçün atılmış addımdır. Bütün bunlar alqışalayiqdir”, - deyə Y. Qulik vurğulayıb.