386
13:04
09 Fevral 2020

"Seçkilər demokratik səviyyədə keçirilir" - Slovakiyalı deputat

Slovakiya Dumasının deputatı, Azərbaycan-Slovakiya Dostluq Qrupunun sədri Peter Marcek 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 22 saylı seçki məntəqəsində seçkiləri müşahidə edib.

Peter Marcek APA -ya açıqlamasında bildirib ki, bu gün 7 məntəqədə seçkiləri izləyib: "Bir neçə rayonda məntəqələrdə oldum, seçkinin gedişini izlədim. Seçkilər demokratik səviyyədə keçirilir, heç bir pozuntuya rast gəlmədim".

Marcek Azərbaycanda 8-ci dəfə olduğunu və ölkənin çox müasirləşdiyini qeyd edib: "Azərbaycan Prezidenti tərəfindən ciddi islahatlar aparılır. Seçkilərdə insanlar istədikləri namizədlərə səs verirlər. Seçkilər sakit formada keçir və insanların narazı olduğunu görmədim".