618
12:22
09 Fevral 2020

Təhlükəsizlik kameralarının üzərinin örtülməsinin SƏBƏBİ

“Veb-kameralar saat 07.45-dən aktivdir”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bildirib.

R. Qasımov deyib ki, veb-kameralar səsvermə başlamazdan əvvəl fəaliyyətə başlayıb:

“Sosial şəbəkələrdə olan bəzi istifadəçilər məlumat yaymağa çalışırdı ki, veb-kameraların üzəri bağlanıb. Amma veb-kameralar tam olaraq fəaliyyət göstərir. Təhlükəsizlik kameralarının bəziləri məntəqə seçki komissiyasında yerləşir. Beynəlxalq və yerli müşahidəçilər tövsiyə etdi ki, onların üzəri örtülsün. Bundan öncəki seçkilərdə də belə olub. Burada veb-kameraların üzərinin örtülməsindən söhbət gedə bilməz”.