Boşanan Əməkdar artist yenidən ailə qurmaq istəyir: "Sıxılıram..."
08 fevral 2020 11:50 (UTC +04:00)

Boşanan Əməkdar artist yenidən ailə qurmaq istəyir: "Sıxılıram..."

Bu yaxınlarda övladlığa uşaq götürən Əməkdar artist Nigar Şabanova şəxsi həyatından danışıb.

Lent.az-ın məlumatına görə, ifaçı “Show news” verilişində bildirib ki, yenidən ailə qurmaq istəyir:

“Təklik bəzən çox bezdirir, sıxır. Sənin rəfiqələrinə ehtiyacın olduğun zaman onlar “Yoldaşımla gəzməyə çıxırıq” deyəndə, adam pis olur. Boşanan zaman depressiya yaşadım. Yalnız insanlar içinə çıxanda gülürdüm. Mənfi enerji verməyi sevən insan deyiləm. Bircə özüm bilmişəm ki, sıxılıram. Qızım gələndən sonra həyatım dəyişdi. Evə gələndə qucağıma gəlir, sevinir. Hər bir qadın kimi mənim də sevgiyə ehtiyacım var. Nə qədər güclü olursan ol, amma o güclü bir kişiyə ehtiyacın olur. Namizəd hələ ki yoxdur. Amma çox istərdim ki, 2-ci baharım ömürlük olsun”.

# 19553
avatar

Yalçın UĞUR

Oxşar yazılar