Dünən yol qəzalarında 2 nəfər ölüb
08 fevral 2020 10:53 (UTC +04:00)

Dünən yol qəzalarında 2 nəfər ölüb

 


Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilən 19 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyindən Lent-az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1187

Oxşar yazılar