Bu rayonlara yağış, qar yağır - FAKTİKİ HAVA
08 fevral 2020 00:09 (UTC +04:00)

Bu rayonlara yağış, qar yağır - FAKTİKİ HAVA

“Bu saata olan məlumata görə, rayonlarda artıq havada dəyişiklik qeydə alınır”. 

Lent.az-ın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin rəhbəri Umayra Tağıyeva məlumat verib.

O bildirib ki, qərb küləyi Daşkəsəndə 28 m/s, Salyanda 23 m/s, Tovuzda 24 m/s, Tərtərdə 23 m/s, Naftalan, Ağstafada 20 m/s, Astarada 18 m/s, Göytəpədə 17 m/s, Şəkidə 15 m/s-dək güclənib: “Göygöldə, Balakəndə, Gədəbəydə, Gəncədə, Zaqatalada, Ağstafada, Sarıbaşda və Şəmkirdə yağış yağır. Daşkəsəndə isə qar yağmağa başlayıb. Soyuq hava kütlələrinin ölkə ərazisinə tədricən daxil olması müşahidə edilir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4112

Oxşar yazılar