731
20:52
07 Fevral 2020

Rusiya Dumasının deputatı vertolyot qəzasında öldü

Rusiyanın Tatarıstan Respublikasında “Bell” tipli vertolyot qəzaya uğrayıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, qəzada Dövlət Dumasının Aqrar məsələləri komitəsinin sədr müavini Ayrat Xayrullin ölüb, daha 2 nəfər yaralanıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatında qəzaya səbəb kimi vertolyotun sərt eniş etməsi ehtimal edilib.

Yaralılar xəstəxanaya yerləşdirilib.