14044
12:53
07 Fevral 2020

Kürəkəni Rəhim Qazıyevin evinə basqın etdi

Keçmiş müdafiə naziri Rəhim Qazıyevin kürəkəni onun evinə hücum edib.

Lent.az xəbər verir ki, bu barədə jurnalist Əvəz Zeynallı özünün “Facebook” profilindən məlumat paylaşıb. O, statusunda keçmiş nazirin qızının əvvəllər ailədaxili problemləri olduğunu qeyd edərək, həyat yoldaşı Ramil Əzizovdan ayrıldığını bildirib.

Jurnalist paylaşımında R.Əzizovun Rəhim Qazıyevin yaşadığı binanın önünə gələrək ailəyə məxsus avtomobilin dörd təkərini də bıçaqla deşdiyini vurğulayıb.

Əvəz Zeynallı paylaşımında polisin həmin şəxsə qarşı ciddi nəzarət etmədiyini də vurğulayıb. Onun sözlərinə görə, daxili işlər orqanları dəfələrlə Ramil Əzizovu saxlasalar da, hər hansı cəza vermədən azadlığa buraxıblar.