12:28
07 Fevral 2020

65 ildən sonra ilk dəfə: "Real" və "Barselona"...

İspaniya Kral Kubokunun 1/4 final mərhələsində rəqiblərinə məğlub olan "Real" və "Barselona" turnirlə vidalaşıblar.

Apasport.az saytının məlumatına görə, bununla 17 ildən sonra bir ilk gerçəkləşib.

"Barselona", "Real" və "Atletiko"dan heç biri 2002-03 mövsümündən sonra ilk dəfə yarımfinala yüksələ bilməyib. Eyni zamanda "Real" və "Barselona" 65 ildən sonra birinci dəfə eyni gündə uduzaraq, ölkə kuboku ilə vidalaşıblar. Sonuncu dəfə 1955-ci il may ayının 29-da bu komandalar yarımfinalda rəqiblərinə məğlub olmuşdular.

Qeyd edək ki, "Atletiko" 1/16 finalda "Leonesa"ya (1:2) məğlub olmuşdusa, 1/4 finalda "Real" "Real Sosyedad"a (3:4), "Barselona" isə "Atletik"ə (0:1) yenilib. "Real Sosyedad", "Atletik", "Qranada" və "Mirandes" yarımfinala adlayıblar.

Dİgər xəbərlər