477
03:34
07 Fevral 2020

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər bədən xəsarətləri alıb.

APA xəbər verir ki, hadisə Rəsul Rza və Dilarə Əliyeva küçələrinin kəsişməsində baş verib.

Zaur Həsənovun idarə etdiyi "Kia Cerato" markalı nəqliyyat vasitəsi Rəsul Rza küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində "Kia Rio" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində "Kia Rio"nun sürücüsü Mirsəttar Əsədov ağır xəsarət alıb. O, təcili tibbi yardım xidməti vasitəsilə 1 saylı Xəstəxanaya yerləşdirilib.

Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.