1786
10:50
06 Fevral 2020

İsgəndər Həmidovun SON DURUMU

Milli-azadlıq hərəkatının öncüllərindən olan Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidovun vəziyyəti kritik ağır olaraq qalır.

Bu barədə Lent.az -a professor Adil Qeybulla açıqlama verib. O bildirib ki, İ.Həmidovun intensiv müalicəsi davam etdirilir: “Bu gün çoxsaylı həkimlərin-nevropatoloq, reanimatoloq, cərrahların iştirakı ilə konsilium olub. Konsiliumun verdiyi qərarlara uyğun müalicəsi davam etdiriləcək”.

Qeyd edək ki, hazırda komada olan İ.Həmidovun müalicəsi “City Hospital”da davam etdirilir.

İ.Həmidovun qardaşı oğlu Şəhriyar Məcidzadə də Lent.az -a əmisinin vəziyyətinin çox ağır olduğunu deyib: “Əmimin vəziyyəti stabil ağırdır. Sərbəst nəfəs ala bilmir. Süni nəfəs aparatına qoşulub. Həkimlər onun vəziyyəti ilə bağlı bizə heç bir ümid vermirlər”.