Keçmiş məhkum qadına qarşı quldurluq etdi
06 fevral 2020 10:27 (UTC +04:00)

Keçmiş məhkum qadına qarşı quldurluq etdi

Bakıda qadına qarşı quldurluq edən şəxs tutulub.

APA-nın məlumatına görə, yanvarın 25-də saat 19:30-da Xətai rayon ərazisində Bakı şəhər sakini L. Bağmanovanı naməlum şəxs hədələyək çantasının içindəki pullarını, telefonları, maaş və təqaüd kartlarını quldurluq yolu ilə götürüb.

Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsi və 36-37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri araşdırma nəticəsində naməlum şəxs müəyyən edilib.

Nəticədə Zərdab rayon sakini, əvvəllər də məhkum olunan 41 yaşlı C. Ağayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1011

Oxşar yazılar