3206
17:47
05 Fevral 2020

Azərbaycanlı Rusiyada bir nəfəri öldürdü, beş nəfəri... - DƏHŞƏTLİ QƏZADAN GÖRÜNTÜLƏR

Rusiyanın Tver şəhərində dəhşətli qəza baş verib.

Lent.az yerli KİV-ə istinadən bildirir ki, hadisə şəhərin “Volokolamsk” və “Pobeda” küçələrinin kəsişməsində baş verib. Məlumata görə, 30 yaşlı Emil Bayramovun idarə etdiyi “Kia Stinger” markalı avtomobil yüksək sürətlə qarşıdan gələn “Volkswagen” markalı avtomobillə toqquşub. Nəticədə ““Volkswagen”in sürücüsü həlak olub, həmin vaxt səkidə olan beş nəfər isə ağır yaranıb.

Emil Bayramov bir dəfə məhbus həyatı yaşayıb. O, kütləvi davada iştirak etməkdə təqsirli bilinərək həbs edilib. Məlumata görə, Bayramov təkcə keçən il 29 dəfə yol hərəkəti qaydasını pozduğuna görə cərimələnib.