1239
16:22
05 Fevral 2020

MSK-dan erməni vətəndaşlarımıza MÜRACİƏT

Mərkəzi Seçki Komissiyası (MSK) Dağlıq Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarına müraciət edib.

APA-nın məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında bununla bağlı bəyanat səsləndirilib.

Bəyanatda bildirilir ki, Dağlqı Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları səsvermə hüququndan sərbəst şəkildə istifadə edə bilərlər.