583
08:29
04 Fevral 2020

Bakıdan Rostov-Dona gedən yük qatarı Rusiyada qadını vuraraq öldürdü


Dağıstanın paytaxtı Mahaçqalada yük qatarı qadını vuraraq öldürüb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, hadisə yük qatarının Bakı-Rostov-Don xətti üzrə hərəkəti zamanı baş verib.

Şahidlərin sözlərinə görə, “Anji-bazar” rayonu ərazisində qeydə alınan ölüm hadisəsi qadının dəmir yolunu keçərkən qulaqcıqlardan istifadə etməsi olub:

“Yüksək səslə mahnıya qulaq asan qadın bu səbəbdən gələn qatarın səsini eşidə bilməyib”.