23:45
01 Fevral 2020

ABŞ-ın Dövlət katibi Nazarbayevlə görüşəcək

Belarus səfərindən sonra ABŞ-ın Dövlət katibi Mayk Pompeo şənbə günü Qazaxıstanın gəlib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib.

Bildirilib ki, səfər çərçivəsində Pompeo dövlət başçısı Kassym-Jomart Tokaev, ilk prezident Nursultan Nazarbayev, həmçinin Qazaxıstanın Xarici İşlər naziri Muxtar Tleuberdi ilə görüşəcək.

Görüşlər zamanı ikitərəfli və regional əməkdaşlıq, habelə qlobal gündəliyi müzakirə ediləcək.

Qeyd edək ki, fevralın 2-3 tarixlərində isə Pompeo Özbəkistanda olacaq. O, prezident Şavkat Mirziyoyev və Xarici İşlər naziri Abdulaziz Kamilovla görüşəcək.

Bundan əlavə, ABŞ-ın Dövlət katibi Daşkənddə keçiriləcək "Orta Asiya - ABŞ" ("C5 + 1") formatında nazirlərin görüşündə iştirak edəcək.

Dİgər xəbərlər