1105
09:24
01 Fevral 2020

Almaniyada koronavirusa yoluxanların sayı artdı


Almaniyada ilk koronavirusa yoluxma halının qeydə alındığı yerli “Webasto” şirkətində xəstəliyin daha iki daşıyıcısı aşkar olunub.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, belə olan halda Almaniyada bu virusa yoluxanların sayı 8 nəfərə çatıb.

Bundan əvvəl 6 nəfərin koronavirusa yoluxduğu deyilirdi. Onlardan beşi “Webasto” şirkətinin Bavariya bölgəsi üzrə əməkdaşı, bir nəfər isə yoluxanlardan birinin azyaşlı övladı idi.

“Avtomobil tədarükü ilə məşğul olan “Webasto” şirkətində daha iki işçi koronavirusa yoluxub. Söhbət bir alman və bir çinli əməkdaşdan gedir. Beləcə, virusa yoluxan işçilərin sayı yeddiyə çatıb, onlardan beşi Almaniya, ikisi isə Çin vətəndaşıdır”, - deyə şirkətin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bununla belə, “Webasto”nun 122 əməkdaşı üzərində koronavirusla bağlı aparılmış yoxlamalar müsbət nəticə verib, onların yoluxmadığı üzə çıxıb. Digər yoxlamalar hələ hazır deyil.