18:28
31 Yanvar 2020

"Qarabağ" İspaniya millisinin sabiq futbolçusunu istəyir


"Rayo Valyekano"nun yarımmüdafiəçisi Coni Montiel karyerasını Azərbaycanda davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, "Qarabağ" 22 yaşlı yarımmüdafiəçini "transfer pəncərəsi"nin son günlərində heyətinə qatmağa çalışır.

Riçard Almeydanın gedişindən sonra yaranan boşluğu doldurmağı planlaşdıran Ağdam təmsilçisi İspaniyanın U-17, U-18 və U-19 yığmalarında oynamış Montielə "elçi düşüb". "Rayo Valkeyako"nun yetirməsi olan futbolçu son vaxtlar "Toledo", "Deportivo" kimi klublarda icarə əsasında çıxış edib. Ötən yay icarədən qayıdan yarımmüdafiəçi cari mövsüm La Liqa2-də 12 matçda iştirak edib.

Qeyd edək ki, yarımmüdafiənin mərkəzi ilə yanaşı, cinahlarında da oynamağı bacaran Coni Montielin klubu ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.

Dİgər xəbərlər