2402
16:27
30 Yanvar 2020

Dəhşətli yanğından sonra canlanmağa başlayan təbiət - FOTOLENT

Avstraliya sakinləri ölkənin yanmış torpaqlarında, ağaclarında və otlaqlarında dəhşətli yanğından sonra ilk cücərtilərin necə göründüyünün şəkillərini paylaşıblar.

“Ana təbiəti güclüdür. Hər şeyə baxmayaraq bərpa olunur”, - Lent.az xarici KİV-ə istinadla bildirir ki, şərhçilər sosial şəbəkələrdə yazırlar.

Avstraliyada meşə yanğınları ötən ilin avqust ayında başlayın yeni ildə pik nöqtəsinə çatıb. Bu, ölkənin tarixində ən dağıdıcı təbii fəlakət olub.

Yanğın 20 milyon hektardan çox ərazini əhatə edib. Bu zaman 25 insan və ən azı bir milyard heyvan qırılıb. Ekspertlərin qiymətləndirmələrinə görə, qitənin bərpası üçün 100 il lazım olacaq.