FED baza faiz dərəcəsini sabit saxlayıb
30 yanvar 2020 04:18 (UTC +04:00)

FED baza faiz dərəcəsini sabit saxlayıb

0

 

Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyatlar Sistemi (FED), bazarlarda da gözlənildiyi kimi, baza faiz dərəcəsini 1,5-1,75% səviyyəsində saxlayıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə maliyyə tənzimləyicisinin rəhbərliyinin iclasının nəticələrinə dair yayılmış məlumatda bildirilir.

“Öz nizamnamə mandatına uyğun olaraq, açıq bazar əməliyyatları komitəsi məşğulluğun və qiymət sabitliyinin təmin edilməsinə çalışır. Komitə federal fondlar üzrə dərəcələrin hədəf həddini 1,5 və 1,75% arasında saxlamağa qərar verib”, - deyə açıqlamada qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1246

Oxşar yazılar