3387
19:39
29 Yanvar 2020

Alma sirkəsinin bu faydalarını bilirsinizmi?

Alma sirkəsi arıqlamaq üçün ən yaxşı vasitələrdən biri sayılır. Bunu elm də sübut edib.


Lent.az -ın xarici mediaya istinadən verdiyi xəbərə görə, ABŞ-ın Arizona Universitetinin alimləri aşkar ediblər ki, alma sirkəsi həqiqətən piy hüceyrələrinə təsir edir, onların parçalanmasını sürətləndirir, iştahanı azaldır. Bu səbəbdən qidalanmaya az miqdarda alma sirkəsini əlavə etməklə daha tez və asan arıqlamaq mümkündür.


Bundan əlavə, alma sirkəsi qanda xolesterinin səviyyəsini aşağı salır, damarları təmizləyir və möhkəmləndirir. Bu isə ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.

Alma sirkəsi qanda şəkərin də səviyyəsini tənzimləməyə də kömək edir.

Mütəxəssislər arıqlamaq məqsədi ilə gündə 3 dəfə 1 desert qaşığı alma sirkəsi əlavə olunmuş 1 stəkan su qəbul etməyi tövsiyə edirlər.

Bu suyu yeməkdən 10-15 dəqiqə əvvəl içmək lazımdır.