Honqkonq alimləri koronavirusa qarşı peyvənd hazırlayıb
29 yanvar 2020 07:22 (UTC +04:00)

Honqkonq alimləri koronavirusa qarşı peyvənd hazırlayıb

Honqkonqda bir araşdırmaçı qrup tərəfindən koronavirusa qarşı peyvənd hazırlanıb. 

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Çinin "South China Morning Post" qəzeti məlumat yayıb.

Honqkonq Universitetinin mikrobiologiya üzrə professoru Yen Kuok-Yunq xəbəri təsdiqləyib: “Artıq koronavirusa qarşı peyvənd yaratdıq, ancaq məhlulu heyvanlar üzərində sınamaq üçün çox vaxt lazım olacaq”.

Professorun sözlərinə görə, heyvanların müayinəsi bir neçə ay, insanın klinik sınaqları isə ən azı bir il çəkə bilər.

 

# 1206
avatar

Oxşar yazılar