
Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb - RƏSMİ
“Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət sabitdir”.
APA xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
O bildirib ki, aparılan tədbirlər nəticəsində hələ ki, Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb:
"Səhiyyə Nazirliyi və Gömrük Komitəsi arasında çox sıx əlaqə yaradılıb. Birgə işlər aparılır, gündəlik məlumatlar verilir. Hələ ki, bu günə şübhəli xəstə aşkar olunmayıb. Buna baxmayaraq, sərhəd-keçid məntəqələrində termivizorlar tərəfindən bir qədər temperaturu olan xəstələr aşkar olunarsa, onlar barədə Səhiyyə Nazirliyinin Karantin Xidməti, eyni zamanda Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə məlumatlar veriləcək. Həmin şəxslər üzərində inkubasiya dövrü, yəni 14 günə qədər müddətdə tibb müəssisələri tərəfindən nəzarət, müşahidə işi aparılacaq”.
A.Əliyeva qeyd edib ki, həm məktəblərdə, həm də məktəbəqədər müəssisələrdə müşahidələrin artırılması lazımdır: “Kimdəsə yüksək temperatur müşahidə olunarsa, həmin şəxslərin təcrid edilməsi və bu barədə ərazi Gigiyena Epidemiologiya mərkəzlərinə, oradan Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə və Səhiyyə Nazirliyinə müraciət edilməlidir. Şübhəli hal olarsa, analizlər toplanmalı, hardan gəldiyi, Çinlə əlaqəsinin olub-olmaması, hər hansı xəstə ilə təması araşdırılmalıdır. Qrip xəstəliyinə görə yaxmalar götürülür. Hələ ki, ağır gedişli respiratur virus infeksiyalı, qripəbənzər xəstələrdən yaxma götürülür. Lazımı miqdarda aplikatorlar paylanılıb. Tək-tək hallarda mövsümi qrip halları aşkarlanır. Respirator virus infeksiyaları adi qaydada var, böyük artım yoxdur. Bunlar mövsümi qaydada qeydə alınır”.

Oxşar yazılar

Tarix İnstitutuna yeni direktor seçildi
27 yanvar 2021 , 13:37
Sabah hava necə olacaq? - PROQNOZ
27 yanvar 2021 , 13:15
Düşmənin dağıtdığı evlər və infrastruktur bərpa olunur-FOTOLENT
27 yanvar 2021 , 13:11
Bu siniflərdə dərslərin açılması yubana bilər - SƏBƏB
27 yanvar 2021 , 12:37Dünyaca məşhur fotoqraf Kəlbəcərdən yazdı
27 yanvar 2021 , 12:09
"Qaradağdakı şəhid məzarları ilə bağlı ciddi tapşırıqlar verilib" - Mehdi Mehdiyev
27 yanvar 2021 , 12:06
Yeni nazir kollektivə təqdim edildi
27 yanvar 2021 , 11:54
“Keşikçidağ”a gedən yeni avtomobil yolunun tikintisi başladı - FOTO
27 yanvar 2021 , 11:20