DİN sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etdi: "Aldanmayın!" - FOTO
28 yanvar 2020 10:57 (UTC +04:00)

DİN sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etdi: "Aldanmayın!" - FOTO

Son günlər sosial şəbəkələrdə, xüsusən İnstagram platformasında müəyyən ödəniş qarşılığında vətəndaşlara guya internet xidmətləri göstərən səhifələrin sayı artır.

Belə səhifə adminləri izləyicilərinə sosial şəbəkə hesablarının parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izləmək kimi vədlər verir, bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxarırlar. Hətta virtual məkanda fala baxmaq adı ilə vətəndaşlarımızı aldadan şəxslər də mövcuddur.

Lent.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarına bu cür dələduzluq faktları ilə üzləşmiş şəxslər tərəfindən çoxsaylı müraciətlər daxil olur. Odur ki, şəbəkə istifadəçilərinə belə məsələlərə diqqətli yanaşmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir ödəniş etməməyi və şəxsi məlumatlarını kənar şəxslərlə paylaşmamağı tövsiyə edirik.

# 2844
avatar

Mehman Nəbiyev

Oxşar yazılar