Daha bir gənc ana doğuşdan sonra öldü: cinayət işi açıldı
28 yanvar 2020 09:12 (UTC +04:00)

Daha bir gənc ana doğuşdan sonra öldü: cinayət işi açıldı

Hacıqabulda ana doğuşdan sonra ölüb.

Lent.az-ın məlumatına görə, yanvarın 27-də 22 yaşlı Hacıqabul şəhər sakini Həsənova Aytən Raqil qızı Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində 4 kq 100 qram çəkidə və 55 sm boyunda qız uşağı doğub. Lakin gənc qadın saat 17 radələrində həmin xəstəxanada dünyasını dəyişib.

Daxil olan məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən A.Həsənovanın meyitinə baxış keçirilərək, məhkəmə-tibbi ekspertizasına göndərilib.

Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 314.2 maddəsi ilə cinayət işi açılıb.

# 2413
avatar

Mehman Nəbiyev

Oxşar yazılar