Ronaldinyo: “O, mənə Ronaldonu xatırladır”
27 yanvar 2020 16:52 (UTC +04:00)

Ronaldinyo: “O, mənə Ronaldonu xatırladır”

 

Sabiq futbolçu Ronaldinyo İngiltərənin “Arsenal” klubunda çıxış edən Qabriel Martinelli haqda danışıb.

Lent.az-ın məlumatına görə, o, həmyerlisi barədə müsbət fikirlər səsləndirib.

Ronaldinyo 18 yaşlı hücumçunu əfsanəvi futbolçu, Braziliya yığmasının keçmiş üzvü Ronaldoya bənzədib: “Braziliyalılar Qabrielin oyununa görə şaddırlar. Onun böyük gələcəyi var. İstedada sahib olmaq bir üstünlükdürsə, özünəinam başqa üstünlükdür. Martinelli mənə Ronaldonu xatırladır. Avropada keçirdiyi ilk mövsümdə “fenomen” 30 qol vurmuşdu və insanlar 18 yaşlı həmin oğlanın kim olduğunu soruşurdular. Ronaldo hansı müdafiəçiyə qarşı oynamasından asılı olmayaraq, topu özündə saxlamağı və rəqibləri aldatmağı asanlıqla bacarırdı. Martinellidə də bu keyfiyyətlər var”.

Qeyd edək ki, “Arsenal”ın heyətində cari mövsümdə ümumilikdə 21 oyunda meydana çıxan Qabriel Martinelli 10 qola imza atıb.

# 1975
avatar

Rizvan Babayev

Oxşar yazılar