Türkiyədə zəlzələ zonasından Azərbaycan vətəndaşlarının təxliyyəsi prosesi başa çatır
26 yanvar 2020 13:38 (UTC +04:00)

Türkiyədə zəlzələ zonasından Azərbaycan vətəndaşlarının təxliyyəsi prosesi başa çatır

Türkiyədə zəlzələ zonasından Azərbaycan vətəndaşlarının təxliyyəsi prosesi artıq son mərhələdədir.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovun APA-ya verdiyi məlumata görə, Türkiyədən azərbaycanlı tələbələri və digər Azərbaycan vətəndaşlarını gətirən birinci və ikini avtobus artıq Naxçıvan aeroportuna çatıb.

İ. Məmmədov bildirib ki, hazırda avtobuslarla gələn 84 Azərbaycan vətəndaşı istirahət edir və üçüncü avtobusun aeroporta çatmasını gözləyirlər: “Üçüncü avtobus hazırda Sədərək gömrük-keçid məntəqəsindən keçir. Həmin avtobusda 16 Azərbaycan vətəndaşı var. Üçüncü avtobusun 1 saatdan sonra Naxçıvan aeroportunda olması gözlənilir. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Naxçıvana gələn xüsusi təyyarə reysi ilə həmin şəxslə Bakıya uçacaqlar”.   

# 960
avatar

Oxşar yazılar