XI Ramzesin rahibini "danışdırdılar" - İNANILMAZ
26 yanvar 2020 18:22 (UTC +04:00)

XI Ramzesin rahibini "danışdırdılar" - İNANILMAZ

Alimlər 3 min illik mumiyalanmış misirli rahibin səs yolunu 3 ölçülü printerlə kopyalayaraq, onun səsini həyata geri qaytarıblar.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Nesyamun adlı rahibin on birinci Ramzesin dövründə yaşadığı bildirilir.

Araşdırmaçılar bir CT skaneri ilə rahibin səs yolunun fotosunu çəkə biliblər. Daha sonra əldə etdikləri məlumatlar vasitəsilə 3 ölçülü printerdən istifadə edərək səs yolunu kopyalayıblar. İstifadə olunan texnologiyalar sayəsində araşdırmaçılar “e” səsinə bənzər bir səs əldə ediblər.

Araşdırma heyətinin üzvləri dini rituallar üçün avaz lazım olduğu üçün Nesyamunun yumşaq toxumasını qoruyub saxlaması səbəbilə onun səsini geri qaytardıqlarını deyiblər.

# 3234
avatar

Oxşar yazılar