Bakıda xadimə evdən oğurluq edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinə rayon ərazisindəki mənzillərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin evdə xadimə işləyən Bakı şəhər sakini S.Dadaşova saxlanılıb və o, bu cinayət əməlini törətdiyini etiraf edib.