Ustaları cərəyan vurması ilə bağlı cinayət işi açıldı
24 yanvar 2020 17:06 (UTC +04:00)

Ustaları cərəyan vurması ilə bağlı cinayət işi açıldı

Tovuzda tikinti zamanı ustaları elektrik cərəyanı vurub.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, yanvarın 23-də rayonun Əyyublu kəndində yerləşən “Polatyol Yapı” şirkətinin ərazisində həyata keçirilən tikinti işləri zamanı 3 nəfər usta elektrik cərəyanı vurması nəticəsində xəsarət alıb. Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış istintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə həmin şirkətin ərazisində aparılan yol-tikinti quraşdırma işləri zamanı ustalar - 1992-ci il təvəllüdlü Nihad Xudai, 1980-ci il təvəllüdlü Ayət Abduləzov və 1975-ci il təvəllüdlü Sulidin Abduləzov tikinti meydançasında olan qaldırıcı kranın yüksək gərginlikli elektrik naqilinə toxunması nəticəsində xəsarət alaraq Gəncə şəhər Mərkəzi Klinikasına yerləşdiriliblər.

Hazırda N.Xudainin vəziyyəti ağır, A.Abduləzov və S.Abduləzovun vəziyyəti isə orta-ağır qiymətlədirilməklə stasionar şəraitdə müalicələri davam etdirilir.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

# 1042
avatar

Mehman Nəbiyev

Oxşar yazılar