AFFA Həmkarlar İttifaqı problemlə üzləşdi
24 yanvar 2020 16:24 (UTC +04:00)

AFFA Həmkarlar İttifaqı problemlə üzləşdi


AFFA Həmkarlar İttifaqının bu gün keçirilməli olan mətbuat konfransı baş tutmayıb.

Apasport.az saytının məlumatına görə, buna tədbirin təşkil ediləcəyi “Altus” oteldə probleminin yaranması səbəb olub.

Belə ki, konfransın təşkilatçıları və media nümayəndələri adıçəkilən məkana buraxılmayıblar. Buna otelin həmin zalında təmir işlərinin başlanılması səbəb olub.

Otelin əməkdaşları bunu su xəttindəki problemlərin yaranması, bu səbəbdən də zalın yararsız hala düşməsini, təmirin zəruriliyini əsas gətiriblər. Həmkarlar İttifaqının rəhbərliyi isə bu səbəblərin bəhanə olduğunu, onlara süni əngəl yaradıldığını iddia edir. Öncədən tədbir üçün otelə “beh” verən təşkilatçılar məkanı narazı şəkildə tərk ediblər.

Buna baxmayaraq, jurnalistlərlə bir araya gəlmək üçün başqa yer tapan Həmkarlar İttifaqı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə ölkə futbolunun durumu ilə bağlı müraciət ünvanlayıblar.

# 1526
avatar

Oxşar yazılar