PSJ Kavaniyə əvəzləyici tapdı
24 yanvar 2020 16:05 (UTC +04:00)

PSJ Kavaniyə əvəzləyici tapdı


PSJ rəhbərliyi komandadan ayrılmaq istəyən Edinson Kavaniyə əvəzləyici tapıb. 

Lent.az-ın məlumatına görə, parislilər “Monako”da icarə əsasında çıxış edən İslam Slimani ilə danışıqlara başlayıblar.

PSJ-nin baş məşqçisi Tomas Tuxel transfer hüququ “Lester”ə məxsus olan 31 yaşlı forvardı ixtiyarında görmək istəyir. Fransa çempionu bu keçidi qış “transfer pəncərəsi” bağlanana qədər həll etmək niyyətindədir.

Qeyd edək ki, Əlcəzair yığmasının şərəfini qoruyan Slimani 2018/2019 mövsümündə “Fənərbaxça”da oynayıb.

 

 

# 1594
avatar

Rizvan Babayev

Oxşar yazılar