Nazirliyin əməkdaşları avtomobil vuran şagirdləri ziyarət edib - FOTO
24 yanvar 2020 15:36 (UTC +04:00)

Nazirliyin əməkdaşları avtomobil vuran şagirdləri ziyarət edib - FOTO

Təhsil Nazirliyinin əməkdaşları Xırdalanda avtomobilin vurduğu şagirdləri ziyarət ediblər.

Lent.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Cəsarət Valehov özünün “Facebook” profilində məlumat paylaşıb:

“Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri Alsu Səbzəliyeva və Fidan Orucovanı məktəbə gedərəkən minik avtomobili vurub. Şagirdlərin hər ikisi ağır bədən xəsarəti ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda isə müalicələrini Bakı City Hospitalda davam etdirirlər. Təhsil Nazirliyinin rəhbərliyinin tapşırığı ilə şagirdlərimizə xəstəxanada baş çəkdik, keçmiş olsun dedik”.

# 1565
avatar

Mehman Nəbiyev

Oxşar yazılar