Badamdardakı sürüşmə ərazisində SON VƏZİYYƏT: “Gərginlik qalır”
24 yanvar 2020 13:47 (UTC +04:00)

Badamdardakı sürüşmə ərazisində SON VƏZİYYƏT: “Gərginlik qalır”

 

“Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə ərazisində ciddi dəyişiklik qeydə alınmayıb”.

Bu sözləri Lent.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin baş mühəndisi Əziz Qaralov deyib. O bildirib ki, sürüşmə ərazisində hələ də gərginlik qalmaqdadır:

“Ərazidə yağış yağmasına baxmayaraq vəziyyət stabildir. Mütəxəssislərimiz demək olar ki, hər gün əraziyə baxış keçirir”.

Qeyd edək ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edərək yolu bağlayıb.

 

 

# 967
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar