Sulşerə məğlubiyyətdən sonra bosslardan dəstək
23 yanvar 2020 19:49 (UTC +04:00)

Sulşerə məğlubiyyətdən sonra bosslardan dəstək

 

“Mançester Yunayted” Ule Qunnar Sulşeri komandanın baş məşqçisi postundan uzaqlaşdırmağa hazırlaşmır. 

Lent.az xarici mediaya istinadla bildirir ki, “qırmızı şeytanlar” İngiltərə Premyer Liqasının 24-cü turunda “Bernli”yə öz meydanında 0:2 hesabı ilə məğlubiyyətdən sonra komandanın bossları mütəxəssislə görüşərək onu dəstəklədiklərini açıqlayıblar.

Bundan əvvəl xəbər yayılıb ki, “Mançester Yinayted” baş məşqçini istefaya göndərib yerinə “Yuventus”un keçmiş çalışdırıcısı Massimilano Alleqrini təyin etmək istəyir. Namizədlər siyahısında “Tottenhem”in keçmiş baş məşqçisi Maurisio Poçettinonun da adı çəkilir.

Sulşer komandanı 2018-ci ilin dekabr ayında qəbul edib. “Mançester Yunayted” hazırda 34 xalla turnir cədvəlində 5-ci yeri tutur.

 

 

# 1714
avatar

Oxşar yazılar