“Qarabağ”dan ilk transfer
23 yanvar 2020 13:26 (UTC +04:00)

“Qarabağ”dan ilk transfer

 

"Qarabağ" dövrələrarası fasilədə ilk transferini həyata keçirib. 

Lent.az-ın məlumatına görə, Ağdam təmsilçisi İspaniyanın "Leqanes" klubunun hücumçusu Ovusu Kvabenanın keçidini rəsmiləşdirib.

Azərbaycan çempionunun rəsmi instaqram səhifəsində Kvabenanın “Qarabağ” forması ilə şəkli paylaşılıb və "Xoş gəldin, Ovusu" sözləri yazılıb.

Qeyd edək ki, O.Kvabena cari mövsümün ilk dövrəsini icarə əsasında "Kordoba"da keçirib.

# 1630
avatar

Yalçın UĞUR

Oxşar yazılar