Elmira Fərzəliyeva namizədliyini geri götürdü – AZAY QULİYEVİN xeyrinə
23 yanvar 2020 11:13 (UTC +04:00)

Elmira Fərzəliyeva namizədliyini geri götürdü – AZAY QULİYEVİN xeyrinə

Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə iştirak etmək üçün namizədliyini irəli sürən Elmira Fərzəliyeva Azay Quliyevin xeyrinə namizədliyini geri götürüb.

Lent.az xəbər verir ki, bununla əlaqədər Elmira Fərzəliyeva özünün Facebook səhifəsində bəyanat yayıb.

Bəyanatda deyilir: "Əziz seçicilər, sizin dəyərli dəstəyiniz sayəsində mən, Fərzəliyeva Elmira Raquf qızı, fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak üçün imza toplayaraq öz namizədliyimi irəli sürmüşəm. Son bir neçə həftə ərzində seçki kampaniyama dəstək göstərən dostlarım və qərargahımın üzvləri ilə sıx əlaqədə çalışaraq sizə təklif edə biləcəyimiz ən yaxşı seçki platformasının üzərində çalışırdıq. 8 saylı Binəqədi birinci Seçki Dairəsindən namizəd olan Azay Quliyevin tətbiq edəcəyi, ən azından yerli təcrübədə bir ilk olan “Seçicinin elektron kabineti” kimi proqramın istifadəyə veriləcəyi barədə sosial media vasitəsilə və Seçki Dairəsinin ərazisində yaşayan tanışlarımdan məlumat aldıqdan sonra belə bir nəticəyə gəldim ki, Azay Quliyevə fevralın 9-da keçiriləcək seçkilərdə rəqib olmayacaq. Buna görə də mən, Azay Quliyevin xeyrinə öz namizədliyimi geriyə çəkmək barədə qərara gəldiyimi bəyan edir, mənə dəstək göstərən bütün seçiciləri isə Azay Quliyevə səs verməyə dəvət edirəm".

 

 

 

 

# 1594
avatar

Aygün İbrahimli

Oxşar yazılar