Daha bir marşrut xəttində yeni avtobuslar xidmətə başladı - FOTOLENT
23 yanvar 2020 10:06 (UTC +04:00)

Daha bir marşrut xəttində yeni avtobuslar xidmətə başladı - FOTOLENT

199 saylı marşrut xəttinə 12 metrlik yeni avtobuslar fəaliyyətə başlayıb.

Lent.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev öz “Facebook” profilində məlumat verib. O, bu gündən etibarən tam komfortlu 12 metrlik avtobusların 199 saylı xətt üzrə hərəkətə başladığını bildirib.

Qeyd edək ki, marşrut xəttinin 20 ədəd avtobusu 12 metrlik “İsizu Citiport” markalı yeni avtobuslarla əvəzlənib.

# 2755
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar