"Mən şokdayam, bu müəmmalı ölüm idi" - Ələkbər Yasamallı - VİDEO
23 yanvar 2020 09:44 (UTC +04:00)

"Mən şokdayam, bu müəmmalı ölüm idi" - Ələkbər Yasamallı - VİDEO

Meyxanaçı Ələkbər Yasamallı intihar edən bacısı oğlu Şamxal Niftəliyev barədə danışıb.

Lent.az -ın məlumatına görə, söz ustası “Show news” verilişində bacısı oğlu barədə bu sözləri deyib:

“Allah heç kəsi bala dağı ilə sınağa çəkməsin. Mən 40 yaşında bala dağı gördüm. Məni ilk dayı edən övlad idi. Onlara həm də baba olmuşam. Bunu ətrafım da bilir. Onunla elə şərait yaratmışdım ki, dost idik. Ona demişdim ki, sirrin olanda mənə de. O, mənə sözü başqa adam vasitəsi ilə deyirdi. Çünki utanırdı. Ona məsləhət vermişdim. Demişdim ki, iş qur, sonra evlən. Bu müəmmalı ölüm idi. Bir Allah bilir. Polislər gəldi, araşdırma gedir. Saytlar çox şey yazır. Amma yazılanların çoxu düz deyil. Azərbaycandan getmək istəyirdi. Şokdayam. Özünə qəsd edən adam bunu hiss etdirməli idi. Amma heç nə hiss etmədik. Səhər tezdən namaza durub, namaz qılandan sonra bu hadisə baş verib”.

Qeyd edək ki, Şamxal Niftəliyev Yasamal rayonunda yaşadığı evdə özünü asıb.

 

# 6963
avatar

Yalçın UĞUR

Oxşar yazılar