"Qarabağ"ın heyətinə qatmağa hazırlaşdığı "Leqanes"in hücumçusu Ovusu Kvabenanın transfer qiyməti müəyyənləşib.
Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, Azərbaycan təmsilçisi Qana millisinin üzvünü icarəyə götürmür, birdəfəlik tranfer edir.
Ağdam təmsilçisinin bu keçid müqabilində qarşı tərəfə ödəyəcəyi məbləğ də bəlli olub. İspaniya klubu ilə 2022-ci ilin yayına qədər müqavilə müddəti olan 23 yaşlı oyunçu "Qarabağ"a 300 min avroya başa gələcək. Klublar keçidin məhz bu məbləğə baş tutmasını razılaşdırıblar. Müqavilədə yer alan bəndə əsasən, "Leqanes" Kvabenanın bundan sonrakı transfer hüququnun 50%-nə sahib olacaq.
Qeyd edək ki, Ovusu Kvabena mövsümün ilk yarısını icarə əsasında "Kordoba"da keçirib.