Daha bir mikroavtobus qəzası: piyada öldü - FOTO
22 yanvar 2020 09:26 (UTC +04:00)

Daha bir mikroavtobus qəzası: piyada öldü - FOTO

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin giriş hissəsində Sülh küçəsində qeydə alınıb.

"Mercedes Sprinter" markalı mikroavtobusun sürücüsü idarəetməni itirərək yoldan keçən 20 yaşlarında olan gənc oğlanı vurub. Qəza nəticəsində piyada - 1993-cü il təvəllüdlü Məmmədov Tural Məmməd oğlu aldığı xəsarətlərdən ölüb. Mikroavtobusun sürücüsü piyadanı vurduqdan sonra nəqliyyat vasitəsini yol kənarındakı işıq dirəyinə çirpıb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb. 

Faktla bağlı araşdırma aparılır.

# 739
avatar

Oxşar yazılar