Bakı sakini silahla tutuldu
21 yanvar 2020 19:32 (UTC +04:00)

Bakı sakini silahla tutuldu

Bakı sakinindən tapança aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş  məlumat əsasında Xəzər rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini S.Mayılovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 1 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

# 989
avatar

Mehman Nəbiyev

Oxşar yazılar