“Tottenhem”də qalmaqal: Mourinyo ilə mübahisə etdi
21 yanvar 2020 12:45 (UTC +04:00)

“Tottenhem”də qalmaqal: Mourinyo ilə mübahisə etdi

 

“Tottenhem”in məşqində qalmaqal yaşanıb. 

Lent.az-ın məlumatına görə, insident baş məşqçi Joze Mourinyo ilə komandanın müdafiəçisi Denni Rouz arasında baş verib.

Premyer Liqada "Uotford"la oyunun (0:0) sifariş ərizəsində yer almayan Rouz bundan narazı qalıb. Mourinyo Denninin belindəki zədə ilə əlaqədar həmin görüşə hazır olmadığını qeyd edib. Etirazını bildirən futbolçu məşqdə təcrübəli mütəxəssislə yüksək səslə mübahisə edib. Bundan qəzəblənən Mourinyo Rouza sərt cavab verib.

29 yaşlı futbolçunun davranışı komanda yoldaşlarının da xoşuna gəlməyib.

 

# 1300
avatar

Rizvan Babayev

Oxşar yazılar