"İnanma dayın səndən sonra sağ olsun" - Ələkbər ölən bacısı oğlundan yazdı
21 yanvar 2020 11:19 (UTC +04:00)

"İnanma dayın səndən sonra sağ olsun" - Ələkbər ölən bacısı oğlundan yazdı

Meyxanaçı Ələkbər Yasamallı intihar edən bacısı oğlu Şamxal Niftəliyev barəsində sosial şəbəkədə status yazıb.

Lent.az-ın məlumatına görə, bacısı oğlunun şəklini paylaşaraq, bu sözləri qeyd edib:

“Əsgərlikdən gəlməyini həsrətlə gözləyirdim ki, mənə qardaş olasan. Amma bilsəydim ki, faciəvi şəkildə öləcəksən, əsgərlikdə olanda sənə şəhid olmağı arzu edərdim. Şəhid olardın, gedərdik Şəhidlər xiyabanına. Dostlar, vətən sağ olsun, amma inanma dayın səndən sonra sağ olsun. Hələ yoxluğuna inana bilmirəm”.

Qeyd edək ki, Şamxal Niftəliyev Yasamal rayonunda yaşadığı evdə özünü asıb.

# 10336
avatar

Yalçın UĞUR

Oxşar yazılar