Abşeronda avtomobil yanıb.
FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Xırdalan şəhərində "Opel" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.