"Saciçi"nin hazırlanması: Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
21 yanvar 2020 19:22 (UTC +04:00)

"Saciçi"nin hazırlanması: Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

Bu dəfə sizi sosial şəbəkədə “Mətbəx Sirləri” adı ilə məşhur olan səhifəyə istinadla "Saciçi"nin necə hazırlanması ilə tanış edəcəyik.

Tərkibi:

Cücə əti, pomidor, kartof, yağ.

Hazırlanması:

Cücələri təmizləyib doğrayırıq, Duz, istiot əlavə edib qarışdırırıq. Sonra sacı qızdırırıq. Üzərinə duru yağı və əti əlavə edirik. Ət bir az bişdikdən sonra kartofu dilimləyib duzlayıb əlavə edirik. Ara-sıra kartofları çevirib əti qarışdırırıq. Sonra 3 hissəyə böldüyümüz pomidorları ətin üzərinə düzürük, 5-10 dəqiqə bişdikdən sonra sacımız hazırdır. 

Nuş olsun!

# 2916
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar