Bakıda məktəbli qız öldü - SƏBƏB
18 yanvar 2020 14:11 (UTC +04:00)

Bakıda məktəbli qız öldü - SƏBƏB

Bakıda yeniyetmənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvarın 17-də saat 20 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Allahverdiyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən qəsəbə sakini, 14 yaşlı Nəsibə Teymurovanı vurub.

Xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.

APA-nın əldə etdiyi məlumata görə, N.Teymurova orta məktəb şagirdi olub. 

# 1844
avatar

Mehman Nəbiyev

Oxşar yazılar