"Boinq 737 Max"ın yeni problemləri şirkətə ziyan vurdu
18 yanvar 2020 13:56 (UTC +04:00)

"Boinq 737 Max"ın yeni problemləri şirkətə ziyan vurdu

 

 

ABŞ-ın “Boinq” şirkəti “737 Max” tipli sərnişin təyyarələrində aparılan texniki araşdırmalarda, uçuş kompüterlərində problem olduğunu açıqlayıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, şirkətdən verilən açıqlamada, “Lazımi tədbirlər görülür. Bunun üçün ABŞ hava yolları ilə birlikdə çalışırıq. Müştərilərimizə daim bu barədə məlumat veririk. Qabaqlayıcı tədbirlərimiz "737 Max"ın təhlükəsiz olamsı və xidmətə başlamazdan əvvəl bütün problemlərin aradan qaldırılmasından ibarətdir” sözləri yer alıb.

Açıqlamada şirkətin problemi həll edəcəyi də bildirilib.

Xatırladaq ki, sözügedən açıqlama ötən həftə iki “737 Max” təyyarəsinin bir-birilə əlaqə qura bilməməsi iddialarından sonra verilib. Açıqlamadan sonra “Boinq”in səhmləri 1.9 faizədək azalaraq, 325.75 dollara qədər düşüb.

# 1397
avatar

Oxşar yazılar