Dəhşətli yol qırğını STATİSTİKASI: 17 gündə 35 nəfər ölüb
18 yanvar 2020 12:26 (UTC +04:00)

Dəhşətli yol qırğını STATİSTİKASI: 17 gündə 35 nəfər ölüb

 

Yanvarın 17-də Azərbaycanda baş verən 4 ağır yol qəzası nəticəsində 4 nəfər həyatını itirib.

Lent.az Daxili İşlər Nazirliyinin ölkədə baş verən gündəlik yaydığı rəsmi məlumatlara istinadla bildirir ki, beləliklə, 2020-ci ilin 17 günü ərzində yol qəzalarında ölənlərin sayı 35 nəfərə çatıb.

İlin ilk və ən dəhşətli qəzaları yanvarın 1-də qeydə alınıb. Həmin gün baş verən qəzalar nəticəsində 6 nəfər həyatını itirib. 

Yanvarın 2-də qeydə alınan qəzalar zamanı 4 nəfər ölüb. Yanvarın 13-də isə yol qəzaları 5 nəfərin həyatına son qoyub.

# 3223
avatar

Mehman Nəbiyev

Oxşar yazılar