Dünən yol qəzalarında 4 nəfər ölüb
18 yanvar 2020 11:32 (UTC +04:00)

Dünən yol qəzalarında 4 nəfər ölüb

Daxili İşlər Nazirliyi ötən gün ölkədə baş verən kriminal hadisələrin statistikasını açıqlayıb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, gün ərzində törədilmiş 35 cinayətin üstü “isti izlər”lə açılıb.  Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.    

Axtarışda olan ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında baş verən 4 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb.   

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

# 1099
avatar

Mehman Nəbiyev

Oxşar yazılar